logo

Media subyektlərinə vergi güzəştlərinin edilməsi təklif olunur

11:21 09-12-2021 | icon 1834
Media subyektlərinə vergi güzəştlərinin edilməsi təklif olunur

Jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur.

 YeniAvropa xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

İcraçı direktor bildirib ki, qanun layihəsinin hazırlanması istiqamətində işlər artıq yekunlaşıb.

Ə.İsmayılov, həmçinin normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi haqqında da danışıb, onun inkişafı istiqamətində planlar hazırlandığını vurğulayıb. Əlavə edib ki, media subyektlərinin iqtisadi müstəqilliyin gücləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. “Bu istiqamətdə 100-dən çox media subyektindən təklif almışıq. Həmçinin iqtisadiyyat naziri ilə müzakirələr də aparılıb. Hələlik müzakirələr aparılır”, - deyən İcraçı direktor bildirib ki, Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur.

O diqqətə çatdırıb ki, MEDİA dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil edib, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirib, o cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb.