Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu Salyan şosesi 47 ünvanında yerləşən, kərpic istehsal edən “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Ruslan Kərimovun sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş̧ üzrə istintaq davam edir.