Xəbər verdiyimiz kimi noyabrın 29-da prezidentin sərəncamı ilə Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.
YeniAvropa xəbər verir ki, M. Vasilevanın nazir müavini təyin olunmasından sonra sosial şəbəkələrdə onun iştirakı ilə 3 il əvvəl törədilmiş qəza gündəmə gəlib.
Belə ki, 2018-ci ilin dekabr ayında M. Vasileva idarə etdiyi "Audi-Q3" markalı avtomobillə "Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "Bravo” hipermarketinə girmiş, qəzadan sonra həmin maşının dövlət nömrə nişanını çıxarmışdı.
Həmin vaxt o, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi vəzifəsini icra edirdi. Və Gimnastika Arenası da məhz həmin ərazidə yerləşir.