Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.
YeniAvropa xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.
Kənd sakinləri olan ər və arvad dəm qazından zəhərləniblər. Onlar Şirvan şəhər xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.