logo

Əli və Zəhra bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar olub

16:06 08-12-2021 | icon 2044
Əli və Zəhra bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar olub

Yeni doğulan körpələrə gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub.

 YeniAvropa xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə,  bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır.

"İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, duğulan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm və Fatimə adları üstünlük təşkil edib. Uşaqlara adlar qoyulan zama onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir",-deyə xidmət rəisi vurğulayıb.