"YAŞAT" Fondundan indiyədək 49 milyon manatdan çox vəsait xərclənib
Dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində mətbuat konfransı təşkil olunub.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.
Çıxış edənlər prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımızın, dünya azərbaycanlılarının vahid formada təşkilatlanması, o cümlədən ölkəmizdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Məhz həmin kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığı, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığı vurğulanıb.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.
Bildirilib ki, Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon manatdan çox vəsait xərclənib. Xərclənən vəsaitin 32 milyon manatdan çoxu məişət şəraitinin yaxşılaşdırılması, 11 milyon manatdan çoxu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, 5 milyon manatdan çoxu istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 458 min manatdan çoxu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına sərf olunub.
Tədbir çərçivəsində “YAŞAT” Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib