logo

Lerikdə zəlzələ oldu

22:10 07-12-2021 | icon 1666
Lerikdə zəlzələ oldu

Dekabrın 7-də Lənkəran seysmoloji stansiyasından 14 kilometr qərbdə - Lerik rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.