İran-Azərbaycan sərhədində atışma: ölən var
Dekabrın 7-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkarlanıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb və sərhəd naryadına qarşı odlu silahdan atəş açıb. Sərhəd pozucuları əllərindəki iki bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsizləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür. Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış iki bağlamada 4270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilib.
Baş verən hadisə barədə İran tərəfi məlumatlandırılıb.
DSX-nin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib