Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bilinən Astara rayonunun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbəat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, A.İmaməliyevin yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalarla A.İmaməliyevin həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən olunub.
Bəyəli Şahmarov də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.