İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Mikayıl Cabbarovr məlumat verib.
Nazir qeyd edib ki, qubernator İqor Babuşkinlə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramını imzaladıq.