Neft Fondu indiyədək “Şahdəniz”dən qaz satışından 4,4 milyard dollar gəlir əldə edib
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 730 milyon 707 min ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən 11 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 278 milyon 178 min dollar təşkil edib.
2007-ci ildən cari il dekabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 397 milyon dollar olub.