logo

Qul nazir müavininin biznesi üzə çıxdı

17:57 06-12-2021 | icon 1680
Qul nazir müavininin biznesi üzə çıxdı

Keçmiş gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çoxlu sayda iri şirkətlərin sahibidir.

 YeniAvropa xəbər verir ki, keçmiş nazir müavininin biznes imperiyası ilə bağlı məlumatı bloger Cavanşir Həsənli  məlumat paylaşıb.

Xatırladaq ki, İsmayıl İsmayılov 15 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb. Lakin o, işdən çıxarıldığı gün jurnalistlərə müsahibəsində “prezidentin qulu” olduğunu deməsi ilə məhşur olub.

Cavanşir Həsənli qeyd edir ki, İsmayıl İsmayılov əvvəllər “Qəbələ Atıcılıq Klubu” MMC-yə rəhbərlik edib, eyni zamanda “GİLAN İNŞAAT” MMC və “QƏBƏLƏ SPORT STORE” şirkətlərinin qanuni nümayəndəsi olub.

İsmayıl İsmayılovun oğlu isə "AFB Bank"ın mərkəzi binası və "Baku City Tower"-i tikən "CORE CONSTRUCTİON" şirkətinə rəhbərlik edir.