Kibercinayətlər və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törədən və 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki, Amnistiya Aktı kibercinayətlər törətmiş 1 şəxsə və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törətmiş 41 şəxsə tətbiq edilib.