logo

Rəisi İran-Azərbaycan-Türkmənistan qaz tranziti müqaviləsindən danışdı

14:34 06-12-2021 | icon 2520
Rəisi İran-Azərbaycan-Türkmənistan qaz tranziti müqaviləsindən danışdı

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti ilə əlaqədar imzalanan müqavilə əhəmiyyətli sənəddir.

YeniAvropa xəbər verir  ki, bu sözləri İran prezidenti İbrahim Rəisi dövlət televiziyasına müsahibəsində deyib. O bildirib ki, bu müqavilə İranı regionun qaz tranziti mərkəzinə çevirəcək. Bu müqavilə hər üç ölkənin iqtisadi inkişafını sürətləndirəcək.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərzisindən idxal olunacaq. Həyata keçiriləcək bu əməliyyat İran üçün olduqca mühüm xarakter daşıyır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın iri qaz yataqları ölkənin cənub rayonlarında yerləşir və ölkənin şimal rayonlarını qazlaşdırmaq çətinlik törədir. Aşqabadda imzalanan müqaviləyə əsasən isə İran tranzit haqqını qaz ilə alacaq və şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək.

Dekabrın 22-dən etibarən İran ərazisindən Azərbaycana 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq.