logo

Helikopter qəzasında şəhid olanların vərəsələri də 11 min manat sığorta pulu alacaqlar

12:22 06-12-2021 | icon 1645
Helikopter qəzasında şəhid olanların vərəsələri də 11 min manat sığorta pulu alacaqlar

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlər açıqlamasında deyib.

O qeyd edib ki, qəza zamanı xəsarət almış hərbçilərimizin əlillik dərəcəsinə uyğun sığorta ödənişləri nəzərdə tutulur: “Birinci əlillik dərəcəsinə 8800 manat, ikinci əlillik dərəcəsinə 6600 manat və üçüncü əlillik dərəcəsinə 4400 manat birdəfəlik sığorta ödənişləri nəzərdə tutulur. Əgər əlillik yoxdursa xəsarət varsa, xəsarət iki kateqoriyadan ibarətdir. Ağır xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi, yüngül xəsarətə görə 550 manat b