logo

Baş Prokurorluqda amnistiya aktının icrası ilə bağlı brifinq keçiriləcək

09:29 06-12-2021 | icon 1519
Baş Prokurorluqda amnistiya aktının icrası ilə bağlı brifinq keçiriləcək

Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında noyabrın 5-də Milli Məclis tərəfindən qəbul olunan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icrasına dair dekabrın 6-da Baş Prokurorluqda brifinq keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, saat 14:30-da başlayacaq brifinq Baş Prokurorluğun "İnstaqram" və "facebook" səhifələrindən canlı nümayiş etdiriləcək.