Dekabrın 4-də bu ilin sonuncu Günəş tutulması hadisəsi baş verir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.
Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.