logo

18 yaşlı qızın inhihar etməsinə səbəb olan şəxs həbs edilib

17:57 03-12-2021 | icon 1918
18 yaşlı qızın inhihar etməsinə səbəb olan şəxs həbs edilib

Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış istintaqla 2004-cü il təvəllüdlü Kərim İbrahimovun cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda ona məxsus, şəxsi həyatının sirri hesab olunan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi qaydada alçaltmaqla özünü öldürmə həddinə çatdırdığı müəyyənləşdirilib.

Kərim İbrahimova Cinayət Məcəlləsinin 125, 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5-ci (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir