İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutğun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.
YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışında deyib.
Nazir bildirib: “Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanılıb. İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir. Bu, eyni zamanda, həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək