logo

Vətəndaşa 5 yaşda verilən şəxsiyyət vəsiqəsi 15 yaşadək etibarlı olacaq

13:33 03-12-2021 | icon 1876
Vətəndaşa 5 yaşda verilən şəxsiyyət vəsiqəsi 15 yaşadək etibarlı olacaq

Milli Məclis 15 yaşı tamam olmamış vətəndaşların fərdi identifikasiya kartı ilə bağlı Qanunu ləğv edib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun ləğv olunması barədə qanun layihəsi müzakirə edildikdən sonra qəbul edilib.

Layihəyə əsasən, 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.