Dekabrın 4-də ilin ikinci Günəş tutulması baş verəcək.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, ikinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Bu, tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.