logo

Amnistiya aktı ilə indiyədək 34 qadın azadlığa buraxılıb

11:45 03-12-2021 | icon 1862
Amnistiya aktı ilə indiyədək 34 qadın azadlığa buraxılıb

Amnistiya Aktı ilə azadlığa buraxılan qadınların sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib. Bildirib ki, noyabrın 5-dən dekabrın 1-dək 34 qadın azadlığa buraxılıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.