Sumqayıtda “QAZ 53” markalı yük maşını və “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.
YeniAvropa xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində “QAZ 53” markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.
Həmin sürücünün şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və toplanan materiallar məhkəməyə göndərilib.
Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.