BMT-nin Azərbaycandakı nümayəndəssi QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüş keçirilib.
Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva Azərbaycanın BMT və onun bir sıra orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn öhdəliklərin icrası istiqamətində vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır. İcraçı direktor, eyni zamanda, BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları vasitəsilə yerli QHT-lərə ayrılan layihələrin şəffaflıq meyarları və onlar üçün yaradılan bərabərhüquqlu müsabiqə şərtləri barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə müzakirə aparıb.
Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək Agentliyin yeni təyin olunan icraçı direktoru Aygün Əliyevanı təbrik edib. O vurğulayıb ki, “Dayanıqlı İnkişaf Məqsədləri 2030 Gündəliyi”nə nail olmaq istiqamətində vacib amil olan vətəndaş cəmiyyətinin inkişafında BMT və Agentlik yaxından əməkdaşlıq edə bilər.
Sonra Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Günel Səfərova və İlqar Orucov tərəfindən BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumlarının QHT Agentliyi ilə birgə yerli qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələrinin təşkili, Bakıda və regionlarda “QHT Evləri”nin/QHT tədris mərkəzlərinin yaradılması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində QHT-lər tərəfindən fəaliyyətlərin icrası, BMT-nin müvafiq qurumu və yerli QHT-lərin birgə təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək “Böyük Qayıdış” prosesi istiqamətində layihələrin icrası və BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında əməkdaşlığın bütün sahələrini əhatə edən Anlaşma Memorandumunun imzalanması məsələləri qonaqlarla müzakirə olunub.
Sonda qonaqları maraqlandıran suallara cavab verilib və Agentlik ilə BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumları arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək