Bakıda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçirilib
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının Pakistan İslam Respublikası tərəfindən həmsədri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar ölkəmizdə rəsmi səfərdədir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ötən gün keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasında Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, müdafiə sənayesi naziri Mədət Quliyev və Pakistan İslam Respublikası tərəfindən həmsədri Zobaida Calal, ilk növbədə, tədbirə qatılan 23 qurumun səlahiyyətli nümayəndələrini, həmçinin iclasa Pakistandan onlayn qoşulan iştirakçıları və digər qonaqları salamlayıblar.
Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Toplantı çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması ilə bağlı gələcək perspektivlər müzakirə olunub, bank, enerji, müdafiə sənayesi, nəqliyyat və rabitə, kosmik fəzadan dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı, gənclər və idman, ədliyyə, elm və təhsil, səhiyyə, qida təhlükəsizliyi sahələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 2-də Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası olub. Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.
Yüksək qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən xanım Zobaida Cəlal Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Zobaida Cəlal Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu ifadə edərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.
Sonda Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasının yekununa dair Protokol imzalanıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb