Stavrapolun qubernatyoru intiharın qarşısını aldığı üçün “Odlar Yurdu”nun rəhbərinə təşəkkür edib
Dekabrın 1-də Rusiya vətəndaşı olan, Stavrapol diyarının Novaleksandrovski rayonun sakini , 57 yaşlı Nazim Qasım oğlu Qasımov Səhiyyə Nazirliyinin inzibatı binası qarşısında etiraz aksiyası keçirib. O, əllərində plakatlar tutaraq, Nazirlikdən təcili ona əlillik dərəcəsi müəyyən edilməsini tələb edib. Əks təqdirdə binanın qarşısında özünü öldürəcəyini bəyan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Stavrapolda faliyət göstərən Azərbaycan milli mədəniyyət mərkəzi “Odlar Yurdu” diaspora təşkilatından redaksiyamıza daxil olan məlumatda bildirilib.
Hadisə yerinə diyarın rəsmiləri, qubernatorun şəxsi nümayəndəsi, hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Lakin soydaşımız Nazim Qasımov tələbindən geri çəkilməyərək, onları yaxına buraxmayıb, probleminin bu gün həll edilməyəcəyi təqdirdə özünü öldürməklə onları təhdid edib.
Məsələnin ciddiliyini görən Stavropol diyarının qubernatoru Vladimir Vladimirov “Odlar Yurdu” diaspora təşkilatının prezidenti Fəxrəddin Yarıyevlə əlaqə saxlayıb,ondan məsələnin həllində kömək istəyib.
Hadisə yerinə gələn Fəxrəddin Yarıyev Nazim Qasımovla söhbət edib, onun probleminin həllinə köməklik göstərəcəyinə söz verib, soydaşımızı intihar etmək fikrindən daşındırıb. Sonra Nazim Qasımov Azərbaycan milli mədəniyyət mərkəzinə gətirilib. Onun bütün ehtiyaclarını tə’min edərək, razı şəkildə öz rayonuna yola salınıb.
"Harda oluruqsa olaq, biz ilk növbədə Azərbaycanımızın adını uca tutmağa çalışmalıyıq. "Odlar Yurdu" Azərbaycan milli mədəniyyət mərkəzi olaraq daim bu amal uğrunda fəaliyyət göstərmişik. Gördüyümüz işlərlə Azərbaycanımızın adını yalnız müsbət rəylər qazandırmışıq. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizin inkişafı, daha da qüdrətlənməsi istiqamətində gördüyü işlərə daim dəstək vermişik. Vətəndən uzaqda olsaq da,qəlbimiz daim Azərbaycanla döyünür. Bir an olsun belə, özümüzü Vətəndən ayrı hiss etmirik. Ötən gün 14 hərbçimizin vida mərasimini göz yaşları ilə izlədik. Allah şəhidlərimizə rəhmət eləsin. Ardınca belə bir xəbərin gəlməsi bizi təsirləndirdi. Odur ki, dərhal məsələnin həllinə çalışdıq ki, Azərbaycanımızın adına hər hansı bir söz gəlməsin",-deyə Fəxrəddin Yarıyev əməkdaşımızla söhbətdə vurğulayıb.
Qeyd edək ki, məsələni operativ şəkildə həll etdiyinə görə, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Azərbaycan milli mədəniyyət mərkəzi “Odlar Yurdu” diaspora təşkilatının prezidenti Fəxrəddin Yarıyevə öz təşəkkürünü bildirib.
Elnur
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək