Qəzaya uğrayan helikopterdə sağ qalanlar danışır...
Dövlət Sərhəd Xidmətinin(DSX) hərbi helikopterinin ötən gün qəzaya uğraması barədə məlumat vermişdik.
YeniAvropa xəbər verir ki, qəza zamanı 14 hərbi qulluqçumuz həlak olub, 2 nəfər yaralanıb.
Qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər "REAL TV"yə danışıblar.
"Enişin yerinə yetirilməsi zamanı qəza baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı, helikopter 24 nəfər daşıya bilir, göyərtədə 16 nəfər var idi. Külək də elə güclü deyildi, həmişə uçduğumuz küləkli havalardan biri idi. Nə baş verdi, bilmirəm, qəfildən hündürlüyü itirməyə başladıq, helikopter bir neçə saniyə ərzində yerə çırpıldı. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi", - sağ qalan hərbçil polkovnik deyib.