logo

Helikopter qəzasında şəhid olan hərbçilərin vida mərasimi keçiriləcək

11:11 01-12-2021 | icon 1624
Helikopter qəzasında şəhid olan hərbçilərin vida mərasimi keçiriləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçiriləcək.

 YeniAvropa xəbər verir ki, vida mərasimindən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.