İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.
“Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri Zobaida Cəlalla ölkələrimiz arasında sənaye sahəsində əməkdaşlığın inkişafı perspektivləri, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.