logo

“SOCAR Türkiyə”nin investisiya xərcləri 17 milyard dollara çatır

12:59 30-11-2021 | icon 2702
“SOCAR Türkiyə”nin investisiya xərcləri 17 milyard dollara çatır

Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, “Star” Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları ötüb.

 YeniAvropa xəbər verir ki, bu barədə  “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov Azərbaycandan olan media nümayəndələri üçün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, layihənin investisiya xərcləri “Star” Neft Emalı Zavodu üzrə 6,3 milyard dollar, depolama üzrə 600 milyon dollar, “SOCAR Konteyner Terminalı” üzrə 400 milyon dollar, “Petkim” özəlləşdirməsi üzrə 2 milyard 40 milyon dollar və əlavə olaraq, hər il təxmini 100 milyon dollar, TANAP üzrə isə 6,5 milyard dollar olub.