Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA0 ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "Ze-dent" MMC tərəfindən Gürcüstandan idxal edilən ümumi çəkisi 89,6 ton ərzaqlıq kartof məhsulu partiyalarına baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm - kartofun gövdə nematodu aşkar edilib.
İstifadəyə yararsız ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstana geri qaytarılması barədə qərar qəbul edilib.