Azərbaycan 1 000-ci neft tankerini Supsa terminalından yola saldı
"BP"nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.
YeniAvropa xəbər verir ki, bu barədə "BP"nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva məlumat verib.
İtaliyaya yola salınan “Stamos” adlı 1 000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 000 barel xam neft yüklənilib.
“Bakı-Supsa "BP" və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1 000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”, - deyə Aytən Hacıyeva vurğulayıb.
Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 000 barel təşkil edir.
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev deyib ki, istismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr ediləsidir.
Qeyd edək ki, AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR” (25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC Videsh Limited (OVL)” (2.31%).
Xatırladaq ki, "BP" AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb