İran-Türkiyə Ali Komissiyasının iclasının keçirilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri çərçivəsində baş tutacaq.
YeniAvropa xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün "Twitter" hesabında paylaşım edib.
"İran və Türkiyə prezidentləri Ərdoğanın Tehrana səfəri zamanı Ali Komissiyanın iclasının çağırılması barədə razılığa gəliblər. İbrahim Rəisilə Ərdoğanın Aşaqabaddakı görüşü çox mehriban atmosferdə keçib. Görüş zamanı münasibətlərin hərtərəfli inkişafı və bəzi maneələrin aradan qaldırılması məsələləri müzakirə olunub", - deyə paylaşımda qeyd edilib.