logo

NATO-dan Rusiyaya xəbərdarlıq

22:33 29-11-2021 | icon 2597
NATO-dan Rusiyaya xəbərdarlıq

“Biz müharibə istəmirik, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

Alyans rəhbəri Rusiya ilə dialoqa inanır: “Biz yarana biləcək potensial riskləri azaltmalıyıq. Ümumiyyətlə, biz Rusiyanın niyyətləri barədə spekulyasiya edə bilmərik, lakin Ukrayna ilə sərhəddə və Krımda yerləşdirilən hərbi texnika şübhəlidir, çünki o, pilotsuz uçuş aparatlarını da ehtiva edir. Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə etmək qərarına gəlsə, onlar bunun əvəzini ödəməli olacaqlar və bunun ciddi nəticələri olacaq”.