Yanvar-oktyabr aylarında Azərbaycana 744 milyon 379 min ABŞ dolları dəyərində 72 min 902 avtomobil idxal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 186-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 68 min 24-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4571-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 121-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.