Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı noyabrın 29-da prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamlarla İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad azad ediliblər.
Prezidentin digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
İ.Babayev 2000-ci ildən, İ.İsmayılov isə 2006-cı ildən nazir müavini vəzifəsini icra edirdilər.
Qeyd edək ki, M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Xatırladaq ki, idman və gənclər naziri vəzifəsinə bu ilin sentyabrında Fərid Qayıbov təyin edilib.