logo

Cari ildə boru kəmərləri ilə 35 milyon ton məhsul ixrac edilib

19:09 29-11-2021 | icon 2527
Cari ildə boru kəmərləri ilə 35 milyon ton məhsul ixrac edilib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan stasionar nəqletmə vasitələri ilə 35 milyon ton məhsul ixrac olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən  bildirilib. Qeyd edilib ki, hesabat dövründə  bu nəqletmə vasitələri ilə 348 min 156 ton məhsul idxal edilib.