Noyabrın 29-da Heydər Əliyev adına Neft Emalı Zavodunda press-tur çərçivəsində modernizasiya və yenidənqurma layihəsinin təqdimatı keçirilib.
YeniAvropa xəbər verir ki, sözügedən layihəyə 2016-cı ildən başlanılıb.
Layihənin məqsədi Azərbaycanda avro 5 standartlarına cavab verən dizel və benzin yanacağının təmin edilməsi, ətraf mühitə emal prosesinin mənfi təsirinin azaldılmasıdır.
Qeyd olunub ki, layihədə 9500 insan fəaliyyət göstərir. Eyni zamanda, layihənin reallaşmasına 50-dən çox xarici və yerli şirkət cəlb olunub. Nəzərə çatdıraq ki, hazırda zavodda 6,5 milyon ton neft emal edilir.