logo

“Qanlı göl”də quldurluq edən dəstə üzvləəri yaxalanıb

10:50 29-11-2021 | icon 1981
“Qanlı göl”də quldurluq edən dəstə üzvləəri yaxalanıb

Yasamal rayonu Polis İdarəsinin 28-ci polis bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində üç nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində dörd nəfərin əcnəbi vətəndaşı döyərək 100 manat məbləğində pulunu və 1500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu və Bakı şəhər sakini A.Əzimovu döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, saat, mobil telefon, qulaqcıq və eynək almaları da müəyyən edilib.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.