Baş nazir Molla Məhəmməd:"Taqətdən düşmüş xalqımıza kömək edin..."
Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 3 ay sonra "Taliban"ın baş naziri ilk dəfə ictimai çıxışını edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Talibanın həmtəsisçisi olan Molla Məhəmməd Həsən Axund dövlət televiziyasında yayımlanan müraciətində bir sıra məsələləri işıqlandırıb.
“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.
Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik müharibədən sonra ölkədən geri çəkilərkən hakimiyyəti ələ keçirib. Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır. Milyonlarla əfqan, o cümlədən uşaqlar aclıq içərisindədir.
“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - deyə Talibanın baş naziri sözlərinəəlavə edib.
O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq. Molla Məhəmməd əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.
Qeyd edək ki, Taliban bir tərəfdən beynəlxalq ictimaiyyət qarısında legitimlik qazanmağa və beynəlxalq yardımları cəlb etməyə çalışır, lakin digər tərəfdən Əfqanıstandan hər gün taliblərin orta əsrlərə aid şəriət qaydaları əsasında insanlara zülm etdiyi barədə xəbərlər gəlir. Hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini tanımayıb və Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda tərəddüd edir.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb