Bakıda 18 yaşlı qız intihar edib.
YeniAvropa xəbər verir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.
Həmin binada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, F.Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.