logo

İçərişəhərdə ikimərtəbəli binada yanğın olub

17:27 27-11-2021 | icon 6048
İçərişəhərdə ikimərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.