logo

“Azercell” sosial şəbəkələrdə yarışma elan edir

17:17 27-11-2021 | icon 2856
“Azercell” sosial şəbəkələrdə yarışma elan edir

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur.  

YeniAvropa xəbər verir ki, bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.

“Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə noyabrın 28–dən dekabrın 6-dək “Azercell”in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçıları təqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar” şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək.

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 kilometr olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.

Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.

Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın!