28 narkotacirdən 47 kiloqram narkotik vasitə götürülüb
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkarlanıb.
Salyan rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı isə ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə paytaxta gətirmək istəyən üç nəfər – Röyal Vəliyev, Vüqar Mahmudov və Fərhad Abdullayev saxlanılıblar. Onların üzərindən və istifadələrində olan avtomobildən 7 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilib.
Kürdəmir rayonunda həyata keçirilən əməliyyat zamanı isə Ruslan Atakişiyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqramdan artıq heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Saray, Mehdiabad, Masazır qəsəbələrində, eləcə də paytaxtın Xətai, Yasamal, Sabunçu, Xəzər və Nizami rayonlarında keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər tutulub. Bu şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın heroin, metamfetamin, elektron tərəzilər, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, 48 ədəd ekstazi və metadon həbi aşkarlanıb.
Baş İdarənin Cənub və Qərb bölgələrindəki regional şöbələrinin Gəncə, Lənkəran şəhərlərində, eləcə də Astara və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb. Bu şəxslərdən də külli miqdarda müxtəlif növ narkotik vasitə və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunan əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Sonda nazirlik vətəndaşların diqqətinə çatdırır ki, sosial şəbəkələrdən istifadə etdikdə maksimum dərəcədə diqqətli olsunlar və onlayn yolla narkotik vasitələrin satışını təşkil edən xarici dövlətlərdə yaşayan narkotacirlərin yalan vədlərinə inanmasınlar. Sosial şəbəkələrdə narkotik vasitələrin satışını təşkil edən şəxsləri isə bu çirkin yoldan çəkinməyə çağırır. Əks halda onların şəxsiyyətlərinin müəyyənləşdirilərək saxlanılması istiqamətində qətiyyətli əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək