logo

Səhiyyə Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət etdi

13:31 24-11-2021 | icon 1897
Səhiyyə Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət etdi

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə "WhatsApp" üzərindən spam mesajlar göndərilir. Mesaj göndərən Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.

Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini bildirir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Səhiyyə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazirlikdə həmin adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Onu da bildiririk ki, artıq aidiyyəti qurumlar həmin mesajlarla bağlı məlumatlandırılıb.