“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təmin edib
Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün görülən işlər davam etdirilir.
“Azərişıq” ASC-dən YeniAvropa-ya bildirilib ki, son bir ay ərzində görülən işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.
Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılan hərbi hissələr üçün 6,2 kilometr 10 kilovoltluq, 2500 metrdən çox 0,4 kilovoltluq kabel elektrik veriliş xətti, 1,5 kilometrdən artıq 10 kilovoltluq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kilovoltluq hava elektrik veriliş xətti bərpa olunub. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 kilometr 10 kilovoltluq hava elektrik veriliş xətti bərpa edilib. Həmçinin Yanşaq və Çopurlu kəndləri arasında 35 kilovoltluq hava xətinin bərpasına başlanılıb.
“Kəlbəcər” yarımstansiyası - “İstisu” qəsəbəsi arası 3 kilometr məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kilovoltluq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.
Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb