Ağır yaralanan daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,həmin qazilər Zöhrablı Təbriz Atamoğlan oğlu, Əliyev Heydər Zakir oğlu, Rəhimov Rəşad Surxay oğlu, Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, Mabudlu Şaban Baloğlan oğludur.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən və yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.
Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. “YAŞAT" Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 150 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.