logo

2022-ci ildə dövlət büdcəsi kəsiri 3 milyard manatdan çox olacaq

12:58 23-11-2021 | icon 2590
2022-ci ildə dövlət büdcəsi kəsiri 3 milyard manatdan çox olacaq

2022-ci ildə dövlət büdcəsinin kəsirinin 3 milyard 63 milyon manat, inflyasiyanın orta göstəricisinin 4 faiz, ümumdaxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orda illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin vergi və gömrük rüsumlarının formalaşan gəlirləri 2021-ci ilin təsnif olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 933 milyon manat artırılıb.

 YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artırılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46, 4 faizinə çatdırılıb. Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsaitin təmin olunması nəzərə alınıb.