Bakıda mebel salonundan oğurluq edən şəxs tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.