Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda polis əməkdaşının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən YeniAvropa-ya daxil olan məlumatda deyilir: "Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti "Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır".